525.Az

Tahir Rzanın rübailəri


 

Tahir Rzanın <b style="color:red">rübailəri</b>

Qüdrətim olsaydı qoymazdım bir an,

Qan töküb, zülm edə insana insan.

Açardım açılmaz qapıları mən

Sevinərdi cahan, gülərdi dövran.

 

Çalışıb yığsan da min xəzinəni,

Əcəlin əlindən qurtarmaz səni.

Şöhrətin, sərvətin əsiri olma,

Havayı gülləyə vermə sinəni.

 

Ey könül, ah çəkib, aman eyləmə,

Sən yaxşı adını yaman eyləmə.

Əgər cənnət varsa bu dünyadadır

Sən başqa aləmi güman eyləmə.

 

Bədbəxt o kəsdir ki, qəbahətini

Bilmir, pula satır ləyaqətini.

Qiymətin, hörmətin olmaz, ey insan

Hər yetən alarsa, satarsa səni.

 

Fitnəyə, yalana uymasa dili,

Tamaha güc gələr əyilməz beli.

İstəyi pak olsa günəşə çatar,

Daşdan ləl yaradar insanın əli.

 

Dünyanı Xəyyam tək anlamaq üçün

Demirəm məst olun, siz şərab için.

Deyirəm Xəyyam tək eşqi, ülfəti,

Həqiqət, insanlıq yolunu seçin.

 

Bilmədiyin işdən yapışsan əgər,

Başın illər boyu zəlalət çəkər.

Əlindən gələnin sahibi ol ki,

Yediyin, içdiyin olmasın zəhər.

 

Tısbağa qınından çıxar kefi çağ

Qınını bəyənməz bir azdan ancaq.

Mayasında haram, şübhə olanlar

nəslin bəyənər, od-ocaq.

 

Səni var-dövlətə çatdıran fələk,

Qudursan mülkünə əl gəzdirəcək.

Varına güvənib evlər dağıtma

Pislikdən, ədadan, şəhvətdən əl çək.

 

Ağlından şikayət eyləyən görsən,

Baş əy qarşısında, denən min əhsən.

Dəli özünü ağıllı sanır

Ağlına az deyən görməmişəm mən.

 

Layiq deyilsənsə göz yaşına sən,

Yazdırma adını başdaşına sən.

Həm soyuq məzara töhmət olarsan,

Həm ki dostuna, sirdaşına sən.

 

Zora çox bənd olma düşün bir qəqər,

Ev yıxmaq, baş kəsmək sayılmır hünər.

Bağlı qapıları ağlın ilə ,

Ağlı az olanlar zora güvənər.

 

Elmi əxlaqınla qoşa bil hər an,

Ən böyük alimdir əxlaqı olan.

Əxlaqsız alimin elmi, dəyəri

Bir saman çöpündən ucuzdur, inan.

 

Özgə kölgəsində şirə dönənlər,

Zalımlıq etməyi sanmasın hünər.

Kölgə yoxa çıxsa dəyişər aləm,

Olmaz hünərləri bir pişik qədər.

 

Dedin: - Bu dünyada var-dövlət əziz

Dedim: -Var-dövlətdən həqiqət əziz.

Bir qoca güc verdi sözümə, dedi:-

Hər şeydən ləyaqət, məhəbbət əziz.

 

Başın uca olar ömrün boyunca,

Güc gəlsən tamaha, əl tutsan aca.

Yaxşılıq eyləsən xoşbəxt olarsan

Həyatdan kam alar ruhun doyunca.

 

Günahkar cəzasın almasa əgər,

Qızışıb daha da çox qanlar tökər.

Haqlı öz haqqına çatmasa, inan,

İnsanlığın başı zəlalət çəkər.

 

Ömür ötüb keçər bir röya kimi,

Pak olsa parlayar nur, ziya kimi.

Hər anı, hər günü elə yaşa ki,

O əbədi olsun bu dünya kimi.

 





04.06.2014    çap et  çap et