525.Az

Bakıda 1-i polis avtomobili olmaqla, 4 avtomobil yanıb


 

Bakıda 1-i polis avtomobili olmaqla, 4 avtomobil yanıb<b style="color:red"></b>

Bakıda avtomobil dayanacağında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda avtomobil dayanacağında dayanmış "Fiat" markalı minik avtomobilinin yanar hissələri, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və 2 ədəd arxa təkəri, "KİA" markalı minik avtomobilinin 2 ədəd sağ qapısı və "Mercedes" markalı minik avtomobilinin sağ tərəfi qarsalanıb.
 
Avtomobillərin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.
 
Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya bildirilib ki, yanğının başladığı 90-HP-976 dövlət nömrə nişanlı, “Fiat” markalı avtomobil Səbail Raton Polis İdarəsinə məxsus Post-Patrul Xidməti maşını olub.

 





04.06.2014    çap et  çap et