525.Az

Ağdama avtobusla səfər edən sərnişinlərin sayı açıqlanıb


 

Ağdama avtobusla səfər edən sərnişinlərin sayı açıqlanıb<b style="color:red"></b>

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) işğaldan azad olunmuş ərazilərə istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə indiyədək Ağdama 2633 sərnişin səfər edib.

DANX-dan “525.az-a verilən məlumata görə, onlardan 1254 nəfər Bakı – Ağdam – Bakı, 1379 nəfər isə Bərdə – Ağdam – Bərdə reysi ilə gedib.

Qeyd edək ki, DANX-ın işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

 





22.06.2022    çap et  çap et