525.Az

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb


 

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb<b style="color:red"></b>

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə 525.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən məlumat verilib.

Nazirlər ikitərəfli gündəliyinin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 





22.06.2022    çap et  çap et