525.Az

“Anadolu Qartalı - 2022” beynəlxalq təlimi davam edir - Foto


 

“Anadolu Qartalı - 2022” beynəlxalq təlimi davam edir - <b style="color:red">Foto</b>

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

 





23.06.2022    çap et  çap et