525.Az

Azərbaycan və EBRD enerji sahəsində gələcək əməkdaşlığı müzakirə edib


 

Azərbaycan və EBRD enerji sahəsində gələcək əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Energetika Nazirliyi yanıında Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndə heyəti ilə görüş keçirilib.

525.az xəbər verir ki, bu barədə AERA məlumat yayıb.

Bildirilir ki, görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova və hər iki qurumun digər nümayəndələri iştirak ediblər.

S. Axundov EBRD ilə qarşılıqlı əməkdaşlıqdan məmnunuluğunu ifadə edərək AERA-nın fəaliyyəti, eləcə də Azərbaycanda enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər ilə bağlı görüş iştirakçılarını məlumatlandırıb.

Azərbaycan və EBRD əlaqələrinin əhəmiyyətliyini vurğulayan K.Mahmudova isə enerji sahəsində gələcək əməkdaşlıq perspektivlərindən danışıb.

 





23.06.2022    çap et  çap et