525.Az

Naxçıvanın dövlət orqanları işçilərinin sayı açıqlanıb


 

Naxçıvanın dövlət orqanları işçilərinin sayı açıqlanıb<b style="color:red"></b>

Naxçıvanın Dövlət Qulluqçuları Reyestrinin məlumatlarına əsasən muxtar respublikanın dövlət orqanlarında 2 385 nəfər fəaliyyət göstərir ki, onların 55-i siyasi, 1 851-i inzibati, 479-u isə yardımçı vəzifə tutur.

525.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, kadr islahatları nəticəsində muxtar respublikada dövlət qulluqçularının yaş tərkibi getdikcə cavanlaşır, təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir. Bu, dövlət idarəçiliyində müsbət nəticəsini göstərməkdədir. Dövlət qulluqçularının 25 faizini gənclər, 24 faizini isə qadınlar təşkil edir.

Bu gün muxtar respublikada vətəndaşların dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün lazımi şərait mövcuddur. İndiyədək keçirilmiş 22 müsabiqədə 7 270 namizəd iştirak edib, onlardan 1 354-ü müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub.

Qeyd edək ki, 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür.

 





23.06.2022    çap et  çap et