525.Az

Baş nazirin müavini BQXK-nın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb


 

Baş nazirin müavini BQXK-nın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb<b style="color:red"></b>

Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.

Nazirlər Kabinetindən 525.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 





23.06.2022    çap et  çap et