525.Az

"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir


 

"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir<b style="color:red"></b>

İyunun 22-də Şəfəq Mehrəliyevanın təqdimatında “Kommunikasiya planının qurulması” mövzusuna həsr olunan təlim praktiki tapşırıqların qrup işi formasında yerinə yetirilməsi, birgə müzakirələr, keys araşdırmaları və fikir mübadiləsi ilə aparılıb.

525.az xəbər verir ki, həmin gün təlimə spiker kimi dəvət olunan “Trend” informasiya agentliyi mədəniyyət departamentinin rəhbəri Vüqar İmanov, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının müxbiri, yazıçı-dramaturq Ülviyyə Heydərova və tanınmış televiziya aparıcısı, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Ceyhun Əli iştirakçılarla öz təcrübələrini bölüşüblər.

Ülviyyə Heydərova mədəniyyət sahəsinin işıqlandırılmasının məsuliyyətli tərəfləri, mədəni və mənəvi irsin təbliğində ictimaiyyətin maariflənməsinin vacibliyini vurğulayıb. Vüqar İmanov rəsmi tədbirlər zamanı kadrlarla işləmək, məlumatın düzgün ötürülməsi, media ilə əlaqə və ünsiyyətin operativliyi mövzusunda danışıb. Ceyhun Əli auditoriya qarşısında çıxış, dil və üslub, nitqin psixoloji tərəfləri barədə fikirlərini bölüşüb.

Spikerlər daha sonra iştirakçıların suallarını cavablandırıblar və təlim müzakirələrlə davam edib.

Günün sonunda iştirakçılara ADA Universitetinin layihəsi əsasında çap olunan ilk dərsliyimiz – görkəmli maarifçilər Aleksey Osipoviç Çernyayevski və Səfərəli bəy Vəlibəyovun “Vətən dili” kitabı hədiyyə edilib.

 





23.06.2022    çap et  çap et