525.Az

Daha 26 nəfər koronavirusa yoluxub


 

Daha 26 nəfər koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 206 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 222, bu günə qədər isə ümumilikdə 6 947 820 test icra olunub.

 





23.06.2022    çap et  çap et