525.Az

"ASAN xidmət"  əməkdaşlarının andiçmə mərasimi keçirilib


 

"ASAN xidmət"  əməkdaşlarının andiçmə mərasimi keçirilib<b style="color:red"></b>

23 iyun 2022-ci il tarixində 7 saylı Bakı "ASAN xidmət" mərkəzində  dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.

525.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər qonaqlar iştirak ediblər.
 
Rəsmilər əməkdaşlara təbriklərini çatdırıb, daim dövlətçiliyə, Vətənə sadiq qalmağın önəmini vurğulayıblar. Həmçinin bu məqsədə nail olunması istiqamətində dövlət qulluqçularına uğurlar arzulayıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə sınaq müddətini uğurla başa vuran, ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 94 dövlət qulluqçusu and içib.

 





23.06.2022    çap et  çap et