525.Az

“Sözün Natəvanı” kitabı çapdan çıxıb


 

“Sözün Natəvanı” kitabı çapdan çıxıb<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilmiş “Sözün Natəvanı (Xurşidbanu Natəvana həsr edilən poemalar)” kitabı çapdan çıxıb.

525.az  xəbər verir ki, kitabın tərtibçisi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, şair-publisit Fərid Hüseyndir. Kitabın ilk səhifəsində oxuculara Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı təqdim edilib.

Qeyd edək ki, kitabdakı əsərlər hələ sağlığında “Xanqızı”, “El anası” və “Tək inci” adlandırılan xeyriyyəçi, böyük şairə Xurşidbanu Natəvananın həyatına və yaradıcılığına həsr olunub

 





23.06.2022    çap et  çap et