525.Az

Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyi təsdiqlənib


 

Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyi təsdiqlənib<b style="color:red"></b>

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi qanunidir.

525.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası (AKP) də Ərdoğanın üçüncü prezidentliyə namizədliyi qarşısında heç bir hüquqi maneənin olmadığını bəyan edib. Eyni zamanda, AKP ölkədə prezident idarəetmə formasının tətbiqi ilə bağlı konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ərdoğanın cəmi bir dəfə seçkiyə qatıldığını, ona görə də 2023-cü ildə yenidən seçkilərdə iştirak edə biləcəyini göstərir.

 

 





23.06.2022    çap et  çap et