https://525.az/img/pics/medium/2022-02/218474_nl7ws8jhrh.jpeg Rənglərin və izmlərin qovşağında - İsa Həbibbəyli yazır
https://525.az/img/pics/medium/2022-07/230594_zjv9tfbar0.jpg Polis məsləkinə sədaqətlə...
https://525.az/img/pics/medium/2022-03/219600_u1l3oljckt.jpeg Sabah bəzi yerlərdə yağış yağacaq
https://525.az/img/pics/medium/2022-07/230604_amo4jw3e4n.jpg 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür
search
2 İyul 2022
1 İyul 2022

Güləş üzrə milli komandamız çempion oldu

Güləş üzrə milli komandamız çempion oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından 525.az-a verilən məlumata görə, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib - 5:1. Güləşçimiz 1/4 finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Qənizadə yarımfinalda norveçli Haavard Yorgenseni məğlub edib - 3:1. Ancaq Ülvü finalda litvalı Kristupas Sleyvayla güləşməyib. Ayağından zədələndiyi həlledici görüşdə iştirak etməyən milli üzvü gümüş medalla kifayətlənib.

Beləliklə, millimiz reytinq turnirini 9 medalla başa vurub. 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız 148 xal toplayıb. Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.

Bölmənin digər xəbərləri
© 2012-2022 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.