525.Az

Azərbaycan və Qırğız respublikaları arasında hava əlaqəsi yaradılacaq - Yenilənib


 

Azərbaycan və Qırğız respublikaları arasında hava əlaqəsi yaradılacaq  - <b style="color:red">Yenilənib</b>

Azərbaycan və Qırğız respublikaları arasında hava əlaqəsi yaradılacaq.

525.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, tərəflər bu sazişi öz dövlətlərinin müvafiq əraziləri arasında hava əlaqəsini yaratmaq məqsədilə razılığa gələrək imzalayıblar. Bu saziş razılığa gələn tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minir.

Saziş qeyri-müəyyən müddətə bağlanılıb.

***

Azərbaycan və Qırğız respublikaları arasında Dövlətlərarası Şura yaradılacaq.

525.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 





24.06.2022    çap et  çap et