525.Az

Silahlı Qüvvələr Günü münasibətilə media-turlar təşkil edilib - Video


 

Silahlı Qüvvələr Günü münasibətilə media-turlar təşkil edilib -<b style="color:red"> Video</b>

26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin Azərbaycan Ordusunun qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə media-turları təşkil edilib.

525.az xəbər verir ki, media-turlar çərçivəsində KİV nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.

Media nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə, eləcə də Azərbaycan Ordusunun dövlət sərhədində yerləşən döyüş mövqelərində olublar, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.

Hərbi qulluqçularımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

 

 





24.06.2022    çap et  çap et