525.Az

Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında


 

Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında<b style="color:red"></b>

Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin  “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi”  hekayəsinin yayınına başlayıb.

525.az xəbər verir ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə  Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva tərcümə edib. Bədii redaktor – Rusiyanın ədəbiyyatşünas-alimi  Anjela Lebedevadır.

Qeyd edək ki, 2000-ci ildən fəaliyyət göstərən portal, dünyanın müxtəlif ölkələrində yazıb-yaradan gənc, istedadlı müəlliflərin yaradıcılığını işıqlandırır.

 





24.06.2022    çap et  çap et