525.Az

"Mincə Sənət" İncəsənət Qalereyası "Məni evinə apar" layihəsini təqdim edir


 

"Mincə Sənət" İncəsənət Qalereyası  "Məni evinə apar" layihəsini təqdim edir<b style="color:red"></b>

İyulun 1-də "Mincə Sənət" İncəsənət Qalereyasının təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində "Məni evinə apar" layihəsinin təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, təqdimat çərçivəsində 8 azərbaycanlı və kanadalı rəssam Kristian Frederiksenin Qarabağ səfərindən sonra çəkdikləri əsərlərin sərgisi açılacaq.

"Mincə Sənət" İncəsənət Qalereyasının rəhbəri Fidan Bədəlovanın sözlərinə görə, "Məni evinə apar" adlı sərgi mədəniyyətlərarası təcrübə mübadiləsinin birgə məhsuludur. 30 ildən sonra Azərbaycan öz ərazilərini erməni işğalından azad etdi, yerli sakinlər dədə-baba yurdlarına qayıtdı. Dünya ictimaiyyəti Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş ərazilərə bütöv bir ölkə kimi baxmağa başlamalıdır.

Bu məqsədlə səkkiz azərbaycanlı rəssam - Ramiz Abbasov, Reyhan Aslanova, Fidan Hümbətli, Vüsalə Ağaraziyeva, Vüsal Rahim, Yusif Mirzə, Şafiq Osmanov, Tural Moyufov Kristian Frederiksenlə Ağdam, Şuşa, Laçın və Qarabağın digər bölgələrində səfərdədir. Azərbaycan və Kanada rəssamlarının yan-yana yerləşdirilmiş sənət əsərlərində ailə, məkan, adət-ənənə və təbii ki, qələbə və qayıdış mövzuları əks olunur. Açılacaq sərgidə ziyarətçilər rəssamların qarşılaşdığı mənzərəyə olan münasibətini görüb onları müqayisə edə biləcək.

Qeyd edək ki, sərgi iyulun 8-nə kimi davam edəcək.

 





24.06.2022    çap et  çap et