525.Az

"Rəngli perimetr" uşaq rəsm müsabiqəsinin birinci mərhələsi yekunlaşıb


 

"Rəngli perimetr" uşaq rəsm müsabiqəsinin birinci mərhələsi yekunlaşıb<b style="color:red"></b>

Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və ASAN Radionun dəstəyi ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan "Rəngli perimetr" uşaq rəsm müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi feysbukda məlumat yayıb.

Bildirilib ki, müsabiqəyə təqdim edilən 200-ə yaxın rəsm əsərlərindən 68-i növbəti mərhələyə keçib.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin akt zalında keçirilən tədbirdə münsiflər heyəti tərəfindən müsabiqənin növbəti mərhələsinə keçən rəsm əsərlərinə baxış keçirilib.

Xalq rəssamları Ağali İbrahimov və Xanlar Əhmədov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Mədəniyyət Nazirliyinin Sərgi və Qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə və Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli, o cümlədən, Müdafiə Nazirliyinin nümayəndəsi Zəhra Usubova təmsil olunduqları münsiflər heyətinin qərarına əsasən mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı ilə seçilən 44 rəsm əsəri baş tutacaq sərgiyə vəsiqə qazanıb.

Qeyd edək ki, 5-15 yaş arası uşaqlar və məktəblilərin kağız, kətan üzərində rəngli boyalarla çəkdikləri rəsmlərin əsas mövzusu düşməndən azad olunmuş Vətən torpağı, doğma yurd yerləri, rəşadətli Azərbaycan Ordusu, qədim Şuşa və azad Qarabağdır.

 





24.06.2022    çap et  çap et