525.Az

Daşkəsəndə sel yenidən təbii fəlakətə səbəb olub


 

Daşkəsəndə sel yenidən təbii fəlakətə səbəb olub<b style="color:red"></b>

İyunun 24-də saat 20 radələrində Daşkəsən ərazisinə yağan intensiv dolu və leysan yağışları nəticəsində çay yataqlarında sel sularının kəskin artması hazırda Alaxançallı kəndi ilə rayon mərkəzi arasında yeganə  əlaqə yaradan suötürücü keçidi tamamilə dağıtmışdır. 

Bu barədə 525.az-a Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev bildirib. O qeyd edib ki, iyunun 10-da baş vermiş eyni xarakterli təbii fəlakət Alaxançallı kəndinə ciddi ziyan vurmaqla kəndin 3 ədəd körpüsünü aparıb, yollarını yararsız vəziyyətə salıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması çərçivəsində tez bir zamanda kəndlə əlaqəni bərpa etmək məqsədilə çay yatağında iridiametrli dəmir borulardan bir ədəd suötürücü keçid quraşdırılıb. 

Sel sularının həmin suötürücünü aparması Alaxançallı kəndi ilə rayon mərkəzi arasında əlaqəni yenidən kəsib. Həmçinin intensiv dolu və sel suları rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan və bir sıra yaşayış məntəqələrində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin  dam ötrüklərinə yenidən ciddi ziyan vurub. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinə Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəfələrlə məlumat verilsə də, bu günə kimi Fövqəladə Hallar Nazirliyi Daşkəsən rayonunda baş vermiş təbii fəlakətlə maraqlanmayıb. Hazırda rayon ərazisində intensiv leysan yağışları ilə müşayiət  olunan qeyri-sabit hava şəraiti davam edir.

 





24.06.2022    çap et  çap et