525.Az

"Bugünkü olduğum yerə görə gəncliyimdəki ağır əməyə borcluyam"


 

RÖVŞƏN ƏHMƏDOV: "İNSANLAR ÖZLƏRİNƏ VƏ PROBLEMLƏRİNƏ HƏQİQƏTƏN MARAQ GÖSTƏRDİYİNƏ İNANMADIQLARI KİMSƏNİN ARXASINCA GETMƏZLƏR"

"Bugünkü olduğum yerə görə  gəncliyimdəki ağır əməyə borcluyam"<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov rayonda nəşr olunan "Aran" qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik.

 

- Rövşən müəllim, əvvəla, vaxt ayırıb "Aran" qəzetinə müsahibə verdiyiniz üçün sizə təşəkkür edirəm. Bütün Ağcabədi camaatı sizi yaxşı tanıdığı üçün, düşünürəm sizi tanıtmağa gərək yoxdur. O səbəbdən, birbaşa suala keçmək istəyirəm.

YAP-da ciddi və təxirəsalınmaz işlər görülür. Bunu hər kəs görür və bilir. 13 iyun tarixində YAP Ağcabədi rayon təşkilatının da təşkilatçısı olduğu "Qurtuluşdan zəfərə" regional konfransı da görülən işlərin bariz nümunəsi, hərtərəfli təsdiqi idi. Həmin konfransla bağlı yekun fikirləriniz nələrdir?

- Təşəkkür edirəm. Öncəliklə qeyd edim ki, Yeni Azərbaycan Partiyasının ötən il mart ayının 5-də keçirilən VII qurultayı bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Prezidentin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıq və çağırışlardır. Cənab İlham Əliyev bu qurultaydakı çıxışında ölkənin qarşısında duran vəzifələrdən söhbət açdı. Əlbəttə, bizim də YAP-ın rayon təşkilatı kimi bu vəzifələr qarşısında öhdəliyimiz var. Yerlərdə keçirdiyimiz görüşlər, insanlarla, siyasi həmfikirlərlə apardığımız söhbət, təşkilatçılıq etdiyimiz tədbirlər, birbaşa ölkənin siyasi sferasında önəmli yer tutan YAP-ın "birlik və güc" amalına xidmət edir. Qeyd etdiyiniz regional konfrans da bilavasitə bu məqsəd üçün təşkil olunmuşdur.

"Qurtuluş günü" ərəfəsində konfrans keçirmək isə, bizim üçün çox xoş hal oldu. Çünki biz bilirik, hər kəs də bilir ki, Azərbaycanın bu gün qazandığı bütün nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Elə ona görə də, konfransın "Qurtuluşdan zəfərə" adı altında keçirilməsini lazım bildik.

Onu da qeyd edim ki, bu tədbir VII qurultaydan sonra ilk regional konfrans idi. Bu da Mərkəzi Aparatın bizə, yəni YAP Ağcabədi rayon təşkilatına və gördüyümüz işlərə verdiyi qiymətin göstəricisi idi.

- Əhatəli cavab üçün təşəkkür edirəm. Rövşən müəllim, bu sualı isə gənc dostlarımızın istəyilə verirəm. İstəyərdim, cavabını da sizdən eşitsinlər. Sual belədir: "Yeni Azərbaycan Partiyası necə yaranıb və niyə YAP-a üzv olmalıyıq?" 

- Bilirsinizmi, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O vaxtlar Azərbaycanda antimilli qüvvələr ölkəni uçuruma aparan siyasi mühit yaratmışdılar. Digər tərəfdən də Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğuna əngəllər yaradırdı. Həmin dövrdə yaxınlaşan fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Onların tələbi xalqın tələbi idi. Bu tələb isə, Heydər Əliyevin yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi idi.

...Daha sonra 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. "Elin gözü tərəzidir" deyiblər. Azərbaycan xalqı seçimində yanılmadı. Bütün çətinliklərə baxmayaraq, elə o vaxt, partiya yarandığı gündən etibarən öz güclü mövqeyini, geosiyasi və geoiqtisadi arenada hər kəsə sübut etdi. Yəni YAP xalqın, millətin təşəbbüsüylə yaranmış təşkilatdır. Onun sədri isə, xalqın içindən çıxan, xalqı sevə, həqiqi liderdir. O lider ki, bu gün onun işığının aydınlatdığı yolla gedirik və ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır.

Üzvlüklə bağlı məsələyə gəldikdə, o vaxt 550 nəfərlə yaranmış siyasi partiyanın üzvlərinin sayı bu gün 760 mindən çox insanı əhatə edir.

Deməli, bu gün də xalq, eləcə də xalqın hər yaş təbəqəsindən olan qismi öz siyasi mövqeyini ortaya qoyur və kimin yanında duracağını yaxşı bilir. Elə təkcə YAP Ağcabədi rayon təşkilatı üzvlərinin təqribən yarısı gənclərdən ibarətdir. Buna əsasən, YAP rayon təşkilatının sədri olaraq, deyə bilərəm ki, YAP-a üzvlüklə bağlı tərəddüd edənlər yox dərəcəsindədir. Biz yerlərdə də tez-tez gənclərlə görüşür, sıx əlaqədə oluruq. Gənclər bilməlidir ki, YAP-ın əsas dostları məhz elə onlardır. Gənc nəsil bizim gələcəyimizdir. Sabahın siyasi həmfikirləridir. Və bizim əsas amallarımızdan biri də onlarla daimi ünsiyətdə olmaq, tələb və təkliflərini eşidib, suallarına cavab verməkdir.

- Sizi yaxından tanımayan insanlar sizdən çəkinir, sərt görkəminizdən ehtiyat edir. Tanıyanlarsa dayanmadan tərif edirlər. Kənardan bu qədər ciddi görünməyinizin səbəbi nədir? İşin tələbi, yoxsa xarakter?

- (Gülümsəyir) Başqasını deyə bilmərəm, ancaq mənə görə ciddi olmağın faydaları daha çoxdur, nəinki qədərindən artıq səmimiliyin. Mən həm işdə, həm şəxsi həyatda bu xarakterə sahibəm. Mənim ciddi olmağım tək ictimaiyyətlə yox, evdə də, dost-tanışımın arasında da belədir. Bu yaşa çatmışam, ailədə övladım da məndən birbaşa nə isə istəməyib. Ancaq dolayı yolla, əvvəl anasına deyib, o da mənə. İş həyatıyla bağlı da bir şeyi əminliklə deyə bilərəm ki, insanlar özlərinə və problemlərinə həqiqətən maraq göstərdiyinə inanmadıqları kimsənin arxasından getməzlər. Qeyri-ciddi insana isə, heç vaxt maraq göstərilmir. Ona görə də ciddi xarakterə sahib olmaq, ifrat dərəcədə olmayacaqsa, əlbəttə, yaxşıdır.

- Məclislərdə, tədbirlərdə, ümumən el arasında dəfələrlə "Gənclik illərimdə ağır zəhmət tələb edən işlərdə çalışmışam" demisiniz. Öz zəhmətilə yüksələn insan, uzun illər aparıcı idarələrdə rəhbər işləmiş şəxs olaraq, bu barədə oxuculara nələri deyə bilərsiniz?

- Gənc yaşlarımda yaşadığım neqativ hadisələrə qiymət verərkən, əksər hallarda beynimdə bir sual açıq qalırdı: Axı niyə?! Zamanla, yaşa dolduqca həyat özü bu cavabı mənə verdi. Sən demə, həyatın sınağından erkən çıxanlar, həyatı digərlərindən daha əvvəl dərk edir. Ona görə, insan gərək naşükür olmasın və həyatında baş verən hər hadiəsənin mütləq bir səbəbi olduğunu dərk eləsin.

Zamanla başa düşdüm ki, həyat heç kim üçün asan keçmir. Hər kəs ömrü boyunca zaman-zaman problemlər, sınaqlar, çətinliklərlə üzləşir. Əbəs yerə deyilməyib: "Ömrü yaşamaq, əkin sahəsini keçmək deyil". Bu ifadə bir çox nəsillərin təcrübə sınaqlarından keçərək öz təsdiqini tapıb. Bəli, mənim də gənclik illərim asan keçməyib. Ağır işlərdə işləmiş, fiziki əməyin dadını lap çoxdan bilmişəm. Amma onu da bilirəm ki, bugünkü həyatımı, kimliyimi, olduğum yeri gəncliyimdəki alın tərinə, əl qabarına, ağır əməyə borcluyam.

Söhbətləşdi: Orxan KƏRİMOV

 





25.06.2022    çap et  çap et