525.Az

Avropa Kuboku: Azərbaycan cüdoçusu bürünc medal qazanıb


 

Avropa Kuboku: Azərbaycan cüdoçusu bürünc medal qazanıb<b style="color:red"></b>

Azərbaycanın qadın cüdoçusu Aytac Qardaşxanlı Bosniya və Herseqovinanın Banya Luka şəhərində gənclər arasında keçirilən Avropa kubokunda bürünc medal qazanıb.

525.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Yuliye Falqonla qarşılaşıb.

Rəqibinə qalib gələn Qardaşxanlı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 





25.06.2022    çap et  çap et