525.Az

ASAN könüllüləri arasında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş şahmat turniri keçirilib


 

ASAN könüllüləri arasında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş şahmat turniri keçirilib<b style="color:red"></b>

Dörd nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində Nəsimi rayon Gənclər və İdman İdarəsi, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi və 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri arasında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş şahmat turniri keçirilib.

525.az xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən yarış 7 turdan ibarət olub.

Turnirin nəticələrinə görə ümumi hesabda Turan Cəfərov I, Fidan Məmmədzadə II, Pərviz Bayramzadə III, qızlar arasında isə Fidan Məmmədzadə I, İnci Zakirova II, Fidan Həsənzadə isə III yerə layiq görülüb.

Qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

 





26.06.2022    çap et  çap et