525.Az

Kiyevə raket düşməsi nəticəsində yaşayış binası dağılıb


 

Kiyevə raket düşməsi nəticəsində yaşayış binası dağılıb <b style="color:red"></b>

İyunun 26-da səhər saatlarında Kiyev şəhərinin mərkəzi hissəsinə bir neçə raket atılıb.

AZƏRTAC-ın hadisə yerindən verdiyi məlumata görə, Kiyevin Şevçenko rayonuna raketin düşməsi nəticəsində yaşayış binasında dağıntılar qeydə alınıb. Hazırda xilasetmə işləri davam etdirilir.

Ölən və yaralananlar barədə dəqiqləşdirmə aparılır.

Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko hadisə yerindəki jurnalistlərə verdiyi məlumata görə, Kiyevə raket hücumu nəticəsində 1 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı artıq məlumdur. Yaralananlardan biri 7 yaşlı uşaqdır. Dağıntılar altında hələ də insanların qaldığı güman edilir.

Emil Hüseynli

 





26.06.2022    çap et  çap et