525.Az

"O, sözün bütün mənalarında 21-ci əsrin jurnalistidir"


 

"O, sözün bütün mənalarında 21-ci əsrin jurnalistidir"<b style="color:red"></b>

Bu gün Azərbaycanda regional medianın mövcudluğu barədə ilk növbədə ona görə danışa bilirik ki, Masallıda Zahir Əmənov və onun rəhbərlik etdiyi Cənub Xəbər televiziyası, Cənub.az saytı kimi kütləvi informasiya vasitələrimiz var. 

1990-cı illərdə Masallıda müstəqil mətbuatın əsasını qoymuş Zahir Əmənovun yaşı bu il iyunun 27-də 70-i haqlasa da, o, sözün bütün mənalarında 21-ci əsrin jurnalistidir. Baş redaktor həm yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə ifadə etdiyi mövqeyi, həm də peşə sahəsində inadlı fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib.

Onun yaratdığı “Masallı xəbərləri” qəzetini Jurnalistlərin Müdafiə Komitəsi 2002-ci ildə “İlin ən mübariz qəzeti” elan edib. “Yeni nəsil” Jurnalistlər Birliyi isə 2012-ci ildə “Cənub xəbərləri”ni “İlin qəzeti” adına layiq görüb. Nəhayət, Z.Əmənov Azərbaycan Jurnalistlər Birliyinin H.B.Zərdabi  mükafatının sahibidir.

Fədakar həmkarımızı yubiley münasibəti ilə təbrik edir, onun heç bir təşkilat tərəfindən təsis edilməmiş “Regional mediamızım flaqmanı” adını şərəflə daşımaqda davam edəcəyinə inanırıq. 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı

 

 





26.06.2022    çap et  çap et