525.Az

Hərbçilərin yürüşləri təşkil olunub


 

Hərbçilərin yürüşləri təşkil olunub<b style="color:red"></b>

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin Şuşa şəhərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib. Təyin olunmuş marşrutlar üzrə yürüş edən hərbi qulluqçular vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Hərbi orkestrlərin ifa etdikləri hərbi marşlar böyük marağa səbəb olub.

Qeyd edək ki, Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), Azneft dairəsindəki bayraq meydanı, Muzey Mərkəzi (bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr Meydanında hərbi orkestrlərin nümunəvi çıxışları bu gün saat 21:00-dək davam edəcək.

 





26.06.2022    çap et  çap et