525.Az

Batman şəhərində Qarabağ parkı açılacaq


 

Batman şəhərində Qarabağ parkı açılacaq<b style="color:red"></b>

İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.

525.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.

Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.

 





27.06.2022    çap et  çap et