525.Az

Şamaxıda bələdiyyə binasında yanğın olub


 

Şamaxıda bələdiyyə binasında yanğın olub<b style="color:red"></b>

Şamaxıda bələdiyyə binasında yanğın olub.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şamaxı rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 400 m² olan bələdiyyəyə məxsus ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





27.06.2022    çap et  çap et