525.Az

Son sutkada 12 nəfər koronavirusa yoluxub


 

Son sutkada 12 nəfər koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 298 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib. 161 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1541, bu günə qədər isə ümumilikdə 6 956 005 test icra olunub.

 





27.06.2022    çap et  çap et