525.Az

Mövlud Çavuşoğlu: "Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik”


 

Mövlud Çavuşoğlu: <b style="color:red">  "Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik”</b>

"Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik”

525.az xəbər verir ki, bu sözləri Mövlud Çavuşoğlu tviter hesabında yazıb. Nazirin paylaşımında deyilir:

“Türkiyəyə ilk səfər edən xarici işlər naziri Əmirabdullahianı qəbul etdim. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq müzakirə olundu. Ticarət əlaqələrimiz inkişaf edir, tezliklə Birgə İqtisadi Komissiya toplanacaq. Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik”, - Çavuşoğlu bildirib.

Nazirlər daha əvvəl birgə keçirdikləri mətbuat konfransında region ölkələrində baş verən prosesləri, o cümlədən Azərbaycanın da daxil olduğu münasibətləri müzakirə etdiklərini vurğulayıblar.

 





27.06.2022    çap et  çap et