525.Az

Ərdoğan Suriyada yeni antiterror əməliyyatının anonsunu verib


 

Ərdoğan Suriyada yeni antiterror əməliyyatının anonsunu verib<b style="color:red"></b>

"Suriya ilə sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə həm terrorla mübarizə, həm də regional böhranlarda problemlərin həlli konsepsiyasını uğurla həyata keçirir, dost ölkələrə dəstəyini və prinsipial mövqeyini hər sahədə nümayiş etdirir.

Bundan əlavə, Ərdoğan sabah Madriddə baş tutacaq NATO Zirvəsində PKK/YPG, FETÖ kimi terror təşkilatları haqqında həmsöhbətlərinə doğru məlumat çatdıracağını da qeyd edib.

 





27.06.2022    çap et  çap et