525.Az

Sabah Azərbaycandan ilk zəvvar qrupu Həccə gedəcək


 

Sabah Azərbaycandan ilk zəvvar qrupu Həccə gedəcək<b style="color:red"></b>

"Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə Bakı vaxtı iyunun 29-u saat 12:30-da yola düşəcək".

525.az xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, həmin təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.

Şöbə müdiri deyib ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər:

"Zəvvarların geri dönüşü isə hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq".

Vüsal Cahangiri deyib ki, Azərbaycandan ilk olaraq 180 zəvvar olmaqla, ümumilikdə 680 zəvvar ziyarət edəcək:

“Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanımdır, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir”.

 





28.06.2022    çap et  çap et