525.Az

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb


 

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb<b style="color:red"></b>

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.

525.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Twitter"də bildirib.

"Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada baş tutacaq", o qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi də görüşün keçiriləcəyini təsdiqləyib və bu barədə rəsmi məlumat yayıb.

Qeyd edək ki bu xüsusi nümayəndələrin sayca dördüncü görüşü olacaq.

 





28.06.2022    çap et  çap et