525.Az

“İranın başlıca problemi ABŞ-la münasibətdir”


 

“İranın başlıca problemi ABŞ-la münasibətdir”<b style="color:red"></b> Ötən gün İran İslam Respublikasının banisi sayılan ayətullah Ruhullah Xomeyninin ölümünün 25 ili tamam olub.
 
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, həmin gün ölkə rəsmiləri bəyanatlarla çıxış edib.
 
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bildirib ki, İslam Respublikasının qarşısında duran “əsas ciddi problem ABŞ-la münasibətdir”.
 
Xamneyinin sözlərinə əsasən, Ağ evin təzyiqlərinə baxmayaraq, İran “çeşidli sahələrdə inkişaf edib”.
 
Xatırladaq ki, Vaşinqtonla Tehran arasında diplomatik münasibət hələ də mövcud deyil. ABŞ-ın İrandakı maraqlarını İsveçrənin İslam Respublikasındakı səfirliyi müdafiə edir.
 





05.06.2014    çap et  çap et