525.Az

Gələn ay ardıcıl 4 gün iş olmayacaq


 

Gələn ay ardıcıl 4 gün iş olmayacaq<b style="color:red"></b>

İyul ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

525.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.

 





28.06.2022    çap et  çap et