525.Az

Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeiri Bolqarıstan elektron ədəbiyyat jurnalında


 

Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeiri Bolqarıstan elektron ədəbiyyat jurnalında<b style="color:red"></b>

Bolqarıstanın populyar “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı şair Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeirinin yayınına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən 525.az-a verilən məlumata görə, şeirin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi və tərcüməçisi Dimitr Xristovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen sviat” elektron jurnalı müntəzəm olaraq səhifələrində Edqar Po, Frans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 





28.06.2022    çap et  çap et