525.Az
Bakıda ər və arvad faciəli şəkildə ölüb
Bakıda dəhşətli yol qəzası baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 4-də saat 10:55 radələrində Binəqədi rayonu Azadlıq prospektində Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Arif Yusifov idarə etdiyi «Volvo» markalı avtomobillə 1937-ci il təvəllüdlü Telman Nəcəfovu və arvadı 1942-ci il təvəllüdlü Ziba Nəcəfovanı vurub. Nəticədə T.Nəcəfov hadisə yerində ölüb, Z.Nəcəfova Travmatologiya İnstitutuna yerləşdirilib və orada keçinib.
Faktla bağlı araşdırma aparılır.
05.06.2014
çap et