525.Az

Yasamal rayonunda baş vermiş intihar faktı ilə bağlı cinayət işi başlanıb


 

Yasamal rayonunda baş vermiş intihar faktı ilə bağlı cinayət işi başlanıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yasamal rayonunda baş vermiş intihar faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib. 

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a bildiriblər ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın rayon ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
 

 





28.06.2022    çap et  çap et