525.Az

“Türkiyə ilə danışıqlarda pozitiv dəyişikliyə hazırıq”


 

“Türkiyə ilə danışıqlarda pozitiv dəyişikliyə hazırıq”<b style="color:red"></b>

 

İsveçin xarici işlər naziri Anna Linde bildirib ki, Krallığın NATO-ya daxil olmaq üçün müraciəti barədə Türkiyə ilə danışıqlarda irəliləyiş olub.
 
525.az xarici mediaya istinadən xəbər verir ki, nazir, eyni zamanda NATO-nun iyunun 29-da Madriddə başlanacaq sammiti çərçivəsində bu məsələnin həll olunacağını vəd etməyib.
 
“Biz irəliləmişik, lakin daha uzağa getmək üçün siyasi iradə lazımdır. Danışıqlarda adətən olduğu kimi, hələlik heç nə aydın deyil. Bu səbəbdən biz bu gün nə isə pozitiv dəyişiklik olacağına hazırıq, lakin potensial baxımdan bu məsələ çox vaxt tələb edə bilər”, - deyə XİN başçısı vurğulayıb.

 





28.06.2022    çap et  çap et