Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.
525.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türk teatrının ustad aktyorlarından olan Cüneyt Arkın dünən gecə saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Vəfatıyla pərəstişkarlarını və bütün sənət dünyasını sarsıdan aktyorla vida mərasiminin vaxtı açıqlanıb. Belə ki, mərhum sənətkarla son görüş iyunun 30-da Atatürk Kültür Mərkəzində keçiriləcək. Ustad sənətkar Zincirlikuyu qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək xəstəxanadan verilən açıqlamaya görə, aktyor ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Əntiqə Kərimzadə