525.Az

Cüneyt Arkınla vida mərasiminin zamanı bəlli oldu


 

Cüneyt Arkınla vida mərasiminin zamanı bəlli oldu<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.

525.az-ın Türkiyə mediasına istinadən  məlumatına görə, Türk teatrının ustad aktyorlarından olan Cüneyt Arkın dünən gecə saatlarında  müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Vəfatıyla  pərəstişkarlarını və bütün sənət dünyasını sarsıdan aktyorla vida mərasiminin vaxtı açıqlanıb. Belə ki,  mərhum sənətkarla son görüş iyunun 30-da Atatürk Kültür Mərkəzində  keçiriləcək. Ustad sənətkar Zincirlikuyu qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək xəstəxanadan verilən açıqlamaya görə, aktyor ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əntiqə Kərimzadə

 





28.06.2022    çap et  çap et