525.Az
Bakıda daha bir avtobus qəzaya uğrayıb
Bakıda daha bir avtobus qəzaya uğrayıb.
Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Yasamal rayonu ərazisində, “Sovetski” adlanan ərazidə sərnişin avtobusu yüksək sürətlə hərəkətdə olarkən bir neçə minik avtomobilini vurub. Daha sonra avtobusun sürücüsü ərazidən uzaqlaşıb.
Qəza zamanı ümumilikdə 6 avtomobil əzilib.
Faktla bağlı araşdırma aparılır.
05.06.2014
çap et