525.Az

Müjdə - "Bir rəsmin dedikləri" rubrikası


 

Müjdə - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

 

"Bir rəsmin dedikləri" rubrikasının  budəfəki qonağı sənətşünas Elariz Nəhmədlidir.  Onunla Leonardo Da Vinçinin  "Müjdə" əsəri
haqqında danışmışıq.


- Elariz bəy, əsərin yaranma tarixçəsi haqqında nə bilirik?

- "Müjdə" əsəri rəngkarlıq tarixində xüsusi yer tutan tablolardandır. Əsər dünya incəsənətində "Cakonda" əsəri ilə öz sözünü demiş görkəmli rəssam Leonardo da Vinçi tərəfindən XV əsrdə yaradılıb. Burada əsas mövzu Məryəmin Cəbrayıl mələyi ilə qarşılaşması, Cəbrayıl mələyinin onun oğluna hamilə olması münasibətilə müjdələməsidir. Dini mövzuda olan bu əsər eyni və ya müxtəlif adlarda  yenidən yaradılıb. "Müjdə" xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir. Bu əsərə hələ erkən xristianlıq dövründə rast gəlirik. Orta əsrlər və İntibah dövrünün də həm xristian Şərqi, həm də Roma-Katolik kilsəsinin divar və relyeflərində istifadə olunub. 

- "Müjdə" əsərinə Da Vinçidən sonra Sandro Botiçelli, Duçço, Karavacco, Yan Van Eyk və başqa rəssamlar da müraciət edib.

- Bəli. Romadakı bir sıra kilsələrdə olan mozaikalarda, Santa Kroçe bazilikasında olan təsvirlərdə "Müqəddəs Məryəm", "Məryəm və İsa peyğəmbər", "Məryəm və Cəbrayıl" kimi mövzular öz əksini tapıb.  Anna Dominin ilk dəfə Kiçik Dionis tərəfindən tərtib olunması zamanı yeni ilin başlanğıcı 25 marta təyin edilir, Katolik teologiyasına görə Şükranlıq dövrünün başlanğıcı hesab olunur. Buna görə də Xristianlıq dinində Şükranlıq bayramı "Müjdə" bayramı kimi qeyd edilir. Əsərdə həm Məryəmin, həm də Cəbrayılın çağdaş Florensiya eskizləri üstünlük təşkil edir. 

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Əsərdə dindar gənc qadın Məryəm Cəbrayılla qarşılaşır və ön planda Həzrəti Məryəm əsas kompozisiya obrazı kimi təsvir edilib. Tablodan görünür ki, Məryəm Cəbrayılı görəndə təəccüblənərək sol əlini havaya qaldırır. Digər əli oxuduğu kitabın səhifələrini itirməmək üçün kitabın səhifələrinə qoyulub. Cəbrayıl obrazı ilə büt bəşəriyyəti tablolarında qarşılaşırıq, əlində ağ zanbaq tutub. Zanbaq Məryəmin təmizliyi, saflığına olan bir işarədir. Onun qanadlarının təsvirləri Da Vinçinin möhtəşəm fırça ustası olduğunu bir daha sübut edir.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Tabloda tünd rənglər üstünlük təşkil edir. Burada daha çox isti rənglər vəhdəti var. Əsərdəki koloritdə işıq-kölgə anlayışı daha dəqiq işlənilib. Yalnız arxa fonda dağ və təbiət mənzərəsində soyuq rənglər nisbətən açıq və axıcı fonda təsvir edilib. 

- Bu rəsm bizə nə deyir?

- Əsərdə arxa fonda mənzərə, limanların təsviri rəssamın yaradıcılığının ilkləri hesab edilir. İsanın inkornasiyasının başlanğıcı kimi "Müjdə" xristian ideologiyasında mühüm yer tutur və İsanın çarmıxa çəkiləcəyi öncədən tabloda hiss olunur. 
Aytac SAHƏD 
 

 





29.06.2022    çap et  çap et