525.Az

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Yenilənib

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb - <b style="color:red"> Yenilənib</b>

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

525.az xəbər verir ki, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Qurbanqulu Berdiməhəmmədov 2002-ci ildə Aşqabadda keçirilmiş birinci sammitdə ulu öndər Heydər Əliyevin də iştirak etdiyini dərin ehtiramla yad edib.

Xəzər dənizinin mehriban qonşuluq və sülh dənizi olduğunu qeyd edən Qurbanqulu Berdiməhəmmədov bu görüşün ümumi mənafelərimiz naminə Xəzərdə əməkdaşlığa yaxşı təkan verəcəyinə əminliyini bildirib. Bakı sammitində mühüm məsələlərin müzakirə olunduğunu xatırladan Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasının əhəmiyyətini vurğulayıb.

Bu il Azərbaycan ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Qurbanqulu Berdiməhəmmədov ötən illər ərzində siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrdə böyük işlərin görüldüyünü vurğulayıb. Türkmənistanın neytral statusunu daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycan Prezidentinin beynəlxalq arenada qarşılıqlı hörmətə və etimada əsaslanan təşəbbüslərinə verdiyi daimi dəstəyi qeyd edib.

Qurbanqulu Berdiməhəmmədov dövlətlərimizin birgə təşəbbüsləri ilə logistika və nəqliyyat-tranzit dəhlizlərinin qurulmasının önəmini, iqtisadi əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini vurğuladı.

Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə və fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, ölkəsinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına geniş nümayəndə heyəti ilə qatıldığını dedi.

xxx

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

525.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

29.06.2022    çap et  çap et