525.Az

Kürdə suyun səviyyəsi 20 sm enib


 

Kürdə suyun səviyyəsi 20 sm enib<b style="color:red"></b>

Bu gün saat 08:00-a olan müşahidəyə əsasən Kür çayında suyun səviyyəsi 446 sm təşkil edir.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən xəbərə görə, bu barədə Kür Qıraqkəsəmən məntəqəsindən verilən son məlumatda bildirilib. Qeyd edilib ki, bu göstərici dünən səhər 8-də aparılan müşahidə ilə müqayisədə 20 sm azdır.

 





29.06.2022    çap et  çap et