525.Az

İranla sərhəddə 5 kq-dan çox narkotik aşkarlanıb


 

İranla sərhəddə 5 kq-dan çox narkotik aşkarlanıb<b style="color:red"></b>

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dan 525.az-a verilən xəbərə görə, iyun ayının 28-də saat 18:00 radələrində Yardımlı rayonunun Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqların arasında gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 845 qram narkotik vasitəyə (4855 qram “heroin” və 990 qram “metamfetamin”) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
 

 





29.06.2022    çap et  çap et