525.Az

Ədəbiyyatşünaslıq elmi üçün yeni töhfə


 

Ədəbiyyatşünaslıq elmi üçün yeni töhfə<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə ŞƏRİFOVANIN "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili" monoqrafiyası AMEA-nın Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

Monoqrafiyanın elmi redaktoru, ön sözün müəllifi AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, rəyçiləri isə Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Monoqrafiya giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyada XX əsrin 90-cı illərindən XXI əsrin bizim günlərə qədərki zaman axarında Qarabağ mübarizəsini əks etdirən bədii ədəbiyyat Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövrlərinin ədəbiyyatı kimi tədqiq edilir. 2016-cı il dördgünlük Qarabağ müharibəsinin (Aprel döyüşləri) bu iki müharibə arasında keçid rolunu oynaması xüsusi olaraq vurğulanır.

Monoqrafiyanın I fəsli "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən publisistikanın janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili" adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən publisistikanın janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili araşdırılır.

İki yarımfəsildən ibarət olan II fəsil "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən nəzmin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili" adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən şeirlərin, poemaların janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili tədqiq edilir.

Üç yarımfəsildən ibarət olan III fəsil "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən nəsrin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili" adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən hekayələrin, povestlərin, romanların janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili geniş şəkildə araşdırılır.

Monoqrafiyanın IV fəsli "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin və filmlərin janr xüsusiyyəti, problematikası və obrazları" adlanır və bu fəsildə Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin və filmlərin janr xüsusiyyəti, problematikası və obrazları ətraflı təhlil süzgəcindən keçirilir.
 

 





29.06.2022    çap et  çap et