525.Az

Hava şəraiti sabitləşir


 

Hava şəraiti sabitləşir<b style="color:red"></b>

İyunun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
 
Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





05.06.2014    çap et  çap et