525.Az

Fərhad Metenin “İstədiyin kimi” şeiri Türkiyə portalında


 

Fərhad Metenin “İstədiyin kimi” şeiri Türkiyə portalında<b style="color:red"></b>

Türkiyənin populyar “Detayhaberler.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, dünyasını vaxtsız dəyişmiş Fərhad Metenin türk dilinə uyğunlaşdırılmış “İstədiyin kimi” şeirinin yayınına başlayıb.

525.az xəbər verir ki, şeir türk dilinə Dövlət Tərcümə Mərkəzinin türk dili mütəxəssisi Sənan Nağıyev tərəfindən uyğunlaşdırılıb.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini mütəmadi şəkildə işıqlandıran  xüsusi səhifə yaradıb.

 





30.06.2022    çap et  çap et