525.Az

Fərid Qayıbov "Qarabağ"ın oyunu ilə əlaqədar Respublika stadionunda olub


 

Fərid Qayıbov "Qarabağ"ın oyunu ilə əlaqədar Respublika stadionunda olub<b style="color:red"></b>

Gənclər və idman naziri Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

525.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, nazir "köhlən atlar"ın Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.

Ağdam klubunun vitse-prezidenti Fevzihan Araz F.Qayıbova, zaman ayırıb işlərlə tanış olduğu üçün təşəkkür edib.

Qeyd edək ki, “Qarabağ”ın “Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra evdə olacaq.

 





30.06.2022    çap et  çap et